Mən Ulduzlar Altında

Son güncelleme:
  • Mən ulduzlar altında,
    Yaradanımsa üstdə.
    Ona şərik görmədim,
    Nə pirdə, nə də büstdə.

    Mən ulduzlar altında,
    Rəbbə həmd edən qulam.
    O şəriksizə, şərik,
    Axtarmadımki bulam.

    Mən ulduzlar altında,
    Dua etdim Allaha.
    Dilədim ki düşməyim,
    Artıq olan tamaha.

    Mən ulduzlar altında,
    Seyr edərkən səmayı.
    İstəyirəm Rəhmandan,
    Cənnətindəki payı.

    Mən ulduzlar altında,
    Zikr edərək Allahı.
    Bir ümüdlə açıram,
    Ondan gələn sabahı.

    alıntı
0 0 0