Bəxt Ulduzum

Son güncelleme:
  • Parlayir ulduzlar zülmət gecədə
    Baxıram, həsrətim qəlbimi yaxır.
    Mənimlə savaşır zülmət gecə də
    Ulduzlar icində ulduzum axır.

    Axır, düz xətt cəkir zülmət səmada
    Baxışım izləyir bu parlaq yolu.
    Birdən qismət olar ulduzum yada
    Tez axtarım tapım mən sağı, solu.

    Tapmışam,bax budur, mənim ulduzum
    Gözlərim qoparıb qəlbimə taxır.
    Onu ulduzların yanına düzüm
    Ulduzlar içindən ulduzum baxır.

    alıntı
0 0 0