Zülmət gecə harda isə yaxında
Ruhsuz qalmış, cismi oyaq biri var
Ulduzların arasında bəxt gəzir
Gecələri, mən tək tənha biri var
Əsir qalıb qəm kədərin əlində
Ümidi var ürəkdə lap dərində
Azad olar, xoş günlərin birində
Bəxt yolunda, gözü qalan biri var
Gecələri, mən tək tənha biri var
Hüsnü nurdur, aya təndir elə bil
Tək dünyadı, bir ümmandı elə bil
Tənhalığa, yaranıbdı elə bil
Bu dünyadan, qaçan olan biri var
Gecələri, mən tək tənha biri var
Arzuları daşa dəydi, heç oldu
Fələk onu tora saldı, bic oldu
Xəyaldaydı, ayılanda gec oldu
Qəlbi olmuş, eşqə pünhan biri var
Gecələri, mən tək tənha biri var
Ətrafında, sanki çox dost yoldaşı
Zülmət gecə, amma onun sirdaşı
Çoxu bilmir ürəyində qəm daşı
Həsrət odu odda yanan biri var
Gecələri, mən tək tənha biri var
Nur paylayır əməliylə, sözüylə
Haram gəzməz diləyilə, gözüylə
Düzə güzgü gecəsi, gündüzüylə
Səfər! Sevin, səni anan biri var
Gecələri, sən tək tənha biri var