İçimdə var iki mən,
Bir qəmgin, biri şən.
Biri dərddən ikiqat,
Biri edir zarafat.
Biri zar - zar ağlar,
Biri coşub, çağlar.
Biri büküb boyunun,
Biri oynar oyunun,
Biri məyus, pərişan,
Biri fərəhdən coşan,
Biri həsrət adası,
Biri vüsal odası,
Biri kədər köçündə,
Biri nəşə içində,
Biri ayıq, biri dəm,
Biri sevinc, biri qəm,
Şaşırmışam, bu nə sirr,
Vücudum olsada bir,
İçimdə var iki mən,
Biri qəmgin, biri şən.