Biri Sağda Biri Solda

Son güncelleme:
  • İki gözəl gördü gözüm,
    Biri sağda,biri solda.
    Biri qara,biri sarı,
    Qara sağda,sarı solda.

    Hər ikisi meylimdədir,
    Nə göydədir,nə yerdədir.
    Mələklərim зiynimdədir,
    Biri sağda,biri solda.

    Ürəyimdə qaldı sözüm,
    Dedi səndə yoxdu dözüm.
    Gözəlləri görən gözüm,
    Biri sağda,biri solda.

    Sanma könül dağdı-daşdı,
    Mənə təkcə yar sirdaşdı.
    Kədərnən sevinc qardaşdı,
    Biri sağda,biri solda.

    Bir o yana,bir bu yana,
    Baxıb gəlmişəm heyrana.
    Elvin,bax qoşa ceyrana,
    Biri sağda,biri solda.

    alıntı
0 0 0