Gəlin

Son güncelleme:
  • Açılır üzümə səhərin nuru,
    Canlanır vədinə sinəmdə ürək.
    Keçirməyək ömrü sönük və quru,
    Gəlin sevinc dolu bir ömür sürək!

    Aldadıb heç kəsi qoymayaq yolda,
    Aşkar fitrə verib, soymayaq dalda.
    Sağda “oruc tutub”, “doymayaq” solda,
    Sevgini müqəddəs bir bəxşiş bilək.

    Atanı, ananı uca tutaq biz,
    Onlarçün olmuşuq hər şeydən əziz.
    Tək yaxşı əməllə qoyaq ləpir, iz
    Ki, vaxtsız dəyməsin torpağa kürək.

    Çapıb atımızı uzaq getməyək,
    Şeytanın əmrini əməl etməyək.
    Bir parşa çörəkçün addan keçməyək,
    Tanrının sözünü eyləyək çörək.

    Vəd verib, gələcək bu yaxın çağda,
    Zühura ovulub enəcək dağda.
    Sağdakı sol olub, soldakı sağda.
    Təki özümüzü sırada görək.

    alıntı
0 0 0