Mən ölüm bir qulaq as

Son güncelleme:
  • Mən ölüm bir qulaq as,mən demişəm yarə şükür
    Anası öylə inan, zəhri güclü marə şükür.

    Elə dərd qoydu mənə, qorxudan Ay da saralıb
    Təbibi cəm yığıla, olsa əgər çarə, şükür.

    Hələ mən saymamışam, neçə səy qardaşı var
    Yaxşıdır ölməmişəm, var balaca yarə, şükür.

    Yara mən ərk elədim, nazını az eylə, dedim
    Elə divan elədi, vallahi əğyarə şükür.

    Dedilər:- yarın əlindən çox olub baş itirən
    Başımı saxlamışam, başda olan qarə, şükür!

    İnsanın üzü gərəkdir həmişə dümağ ola,
    Amma ki olsa da lap, yarə görə qarə, şükür.

    Necə dərddir ki belə, könlünü qan etdi, Səfər?
    Elə fəryad elədin, mən təki şairə şükür.

    alıntı
0 0 0