İnsan

Son güncelleme:
  • İnsan vərəq,vərəq oxudum səni.
    Qalin bir kitabsan, sirsən elemi !
    Hec aca bilmədim dərin sirrini.
    Dərin bir elimsən, bilmədim səni .

    Kin dolu dəryasn, bəzəndə lalsan.
    Hərdən yalquzaqsan, hərdən aslansan.
    Qəlbini bilmrəm sən nə sayaqsan.
    Zamanmı, hökmedir belə olasan?

    Naxələfdə sənsən,dözəndə sənsən.
    Odu ceviribən su edən sənsən.
    Bəzən yanan oda, kulək də sənsən.
    Əcəlin gələn də lal olan sənsən.

    İnsan unudursan, ölüm gününü.
    Düşünə bilmirsən axır gününü.
    Göyə sovurursan arzu külünü.
    İnsan hec görmürsən, nədən önünü.

    Qarşında acizi əzib kecirsən.
    Na dürüst, nahaqqa boyun əyisən.
    Acizi özünə qul eyləyirsən.
    İnsan sən nə ücün, delə edirsən?

    Temizlik olsada icində sənin
    Natəmiz görürsən, dəyişir firkin.
    Hec aca bilmirəm, sənin sirrini.
    Tanıya bilmire ey insane səni.

    Gülnarə Namiqəm adəm oğluyam.
    Məndə bu dünyada, aciz bir qulam.
    Allahı dərk edib,ona bağliyam.
    İnsanam bilmirem nece bir qualm!

    Müellif Gülnarə Namiq

    alıntı
0 0 0