Sənin gözlərinə baxdıqca bir an

Son güncelleme:
  • Sənin gözlərinə baxdıqca bir an,
    Sanıram xəyaldır, ya da ki röya.
    Bəlkə ulduzlardir gecə sayrışan,
    Mənə bağışlanan, dünyadır, dünya!

    Ətrini güllərdən seçirəm sənin,
    Tökülər üzümə saçların yenə.
    Güləndə gülürəm, gülən gözlərin
    Qəlbimə gətirir bir nəgmə yenə.

    Misralar, sətrlər, kəlmələr axır,
    Uca dağ başından gələn çay kimi,
    “Sevirəm” kəlməsi səs-səda salır,
    O buz bulaqların pıçıltısı tək.

    alıntı
0 0 0