Dünya verdiyini, alan dünyadı
Əvəl güldürübən, sonra ağladan.
Yalanla başını, qatan dünyadı.
Əl atıb bir kəsə,arxa dedikdə.
Arxanı əlindən ,alan dünyadı.
Qəh qəhə gülməyi, haram buyuran.
İcini yandırıb, yaxan dünyadı.
İrəli gedəndə, macal verməyən.
Geridə qalana, gülən dünyadı.
Hatəmiz cirkaba,böyük yol verən.
Təmizi cirkaba ,qatan dünyadı.
Böyük dərd,karvanın verib əlinə.
Səni bir sariban,edən dünyadı.
Qətari cəkdikçə,qutaran deyil.
İnsanı yandırıb,yaxan dünyadı.