Bir misrada gizlidir
Susqunluğu könlümün
Bir həyatda gizlidi
Mənası öz ömrümün
Həyat,həyatmı.
Kimə sorsan deyəcək
Bir addımlıq kiçik yoldu
Mən daha tərpənmədim
Bəs nədəndi,məni yordu.
Suallarım çoxdu mənim
Yaşamadım.
Amma ,taqətim yoxdu mənim
Vicuduma toxunuram
Hər yerim yaradı
Heç özümdə bilmirəm
Ağrayan yerim haradı
Bir quruca nəfəsəm
Üzüm də çox solğundu
Ürəyimi dindirirəm
Deyir ki,çox yorqundu
Ümidlərmi yaşadır...?!
Bunu neçə deyim mən
Ümidlə,son qoşadı
De,hansını geyim mən?!
Xəyallarmı ......!?
Daha xəyal qurmuram
Gecdə olsa anladım
Bu uykuya uymuram
Arzullarım dillənsə
Ürək deyir, duymuram
Hisslərimi oyadıram
Amma daha kütləşib
Əvvəl çox coşqun idi
İndi isə bütləşib
Gözlərimə baxıram
Çox pərişan görünürlər
Bu pərişan gözlərdə
Kirpiklərdə sürünürlər
Ruhum həm mənimlə
Həm də ,mənsiz qalıbdı
Buz bağlamış vicudum
Onu məndən alıbdı
Duyquları dinlədim
İnim-inim ,inlədim
Bir şairi andım
Düşündüm ki,görəsən
Şair bunu deyirdimi..
Mən də şam kimi yandım.
Yandım,yandım...
Yenə varlığımı,yoxluğumda andım
Şair deyən bu idi
O,yaşamışdı öncə dedi
Hiss edirəm varlığımı
Dilə gətirdiyim sözdə
Mən görürəm sağlığımı
Ya bunları hiss etməsəm
Çox dərinə getməsəm
Axı neçə yaşaram
Yaşamaq elə bu ki,
Gah susub,gah coşaram
Əgər bunları dərk etməsəm
Qalxdığım bir zirvədən
Şiursuzca aşaram
Uca zirvələri fəth etmək deyil ,niətim
Həyat zalım olsa da, zaman verir qiyməti
Mən sadəcə yolcuyam
Bu həyatın yolunda həm ov,həm də ovcuyam.