Yandım

Son güncelleme:
  • Nə gözə vuruldum, nə qələm qaşa,
    Bağlandım o qızın adına, yandım.
    Öz odum başımı elə qatdı ki
    Çatmadım yananın dadına.yandım.

    Dağını bürüyüb çən bu dünyanın,
    Gətirmir sünbülü dən bu dünyanın.
    Naşıydım, bilmədim, mən bu dünyanın,
    Dostuna küsəndim,yadına yandım.

    Çanaq çatlayırmış qulun başında,
    Dünyamız fırlanır pulun başında.
    Əzizi getdiyi yolun başında
    Əlləri qoynunda qadına yandım.

    Demədim.yandırdı söz ürəyimi.
    Bir baxış odladı düz ürəyimi.
    Heç kəsin ha deyil, öz ürəyimi,
    Verdim bir gözəlin badına,yandım.

    Bağlanıb yolları,qaç,Koroğlunun.
    Yüyür də qolunu aç, Koroğiunun.
    Şəmsi, heç nəyə yox, qoç Koroğlunun
    Həmzəiər mindiyi atına yandım.

    alıntı
0 0 0