Rəqsanənin prodüsserini toyda döydülər

Son güncelleme: 04.03.2014 13:12
  • noimage

    Azəri star” yarışmasının iştirakçısı müğənni Əfqan Quliyevin dünən baş tutan toyu qalmaqalsız ötüşməyib.


    Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, toyda qarmon ifaçısı Nicat ilə Rəqsanə İsmayılovanın prodüsseri Anar Mədətov arasında dava düşüb. Qarmonçu Nicat prodüsseri restoranın foyesində möhkəm döyüb. Buna səbəb isə prodüsserin musiqiçilərlə mübahisə etməsi və onların ünvanına təhriqamiz sözlər söyləməsi olub.


    Qeyd edək ki, A. Mədətov Rəqsanədən öncə müğənni Elton Hüseynəliyevlə çalışırdı. Hazırda o, müğənni Samir Piriyevə də prodüserlik edir.
#04.03.2014 13:12 0 0 0