Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 64 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Düşdün
Düşdün
148
Son güncelleme: 04.03.2014 23:25
BiR-DOST
Baxdın, baxışların yandırdı, yaxdı.
Mən yanan ocağa, sən dilə düşdün.
Dərya tək, dəniz tək yanımdan axdın,
Di gəl, qismətimə bir gilə düşdün.
Gəl bu qarğaşanı yaz günahıma,
Günbəgün çoxalan az günahıma.
Yamanca batırsan qız, günahıma,
Durduğun yerdəcə zibilə düşdün.
Get dayan uzaqda, əl elə sən, sən,
Gözünün yaşını sel elə sən, sən.
Bilim ki, bir gül var, gül elə sənsən,
Tanrı pay böləndə bülbülə düşdün.
Çox da məhəl qoyma qınaqlarıma,
Olmüşəm, qulluq et qonaqlarıma.
Dönüb göz yaşına, yanaqlarıma,
Şəmsinin gözündən bax belə düşdün.
alıntı
#04.03.2014 23:25
0
0
0
Düşdün Konusuna Benzer Konular
Eşq dedilər,Yadıma düşdün, gözlərim yaşardı Salavat çəkdim.
05.03.2012
Bir sənsiz gecədə yadıma düşdün
04.03.2014
Düşdün gözümdən
30.10.2014
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası