Dünya qəfəsdir şairə

Son güncelleme: 07.03.2014 11:31
  • Təması var Allah ilə,
    Şair olsun, ya şairə.
    Biri ölür, biri olur,
    Ömür həvəsdir şairə.

    Bilməyənlər bilsin bunu,
    Ölümsüzdür, yoxdur sonu,
    Tək yaşadan sözdür onu,
    Şeir nəfəsdir şairə.

    İlahidir tək köməyi,
    Arif olandır mələyi,
    Nə etsin, sığmır ürəyi,
    Dünya qəfəsdir şairə.

    Müəllif: Roma Xosrov

    alıntı
#07.03.2014 11:31 0 0 0