Bir ümid ver mənə

Son güncelleme: 15.03.2014 22:14
  • Bir ümid ver mənə, hər zaman gözləyim,
    Bir ümid ver mənə, bir ümid bəsləyim.
    Bir ümid ver mənə heç zaman sönməsin,
    Bir ümid ver, ürək yolundan dönməsin.
    Bir ümid qoymasın dağ-daşda büdrəyəm,
    Şaxtada-kəsəkdə, çovğunda titrəyəm.
    Lazımdır o mənə od-hava, su kimi,
    Lazımdır o mənə qorusun sevgimi.
    Bir ümid, bir inam, qıyma eşq heç olsun,
    Razıyam hətta mən, qoy hər şey gec olsun.
    Ümidlə baxaram açılan sabaha,
    Çox üzdün, dözmüşəm, dözərəm bir daha.
    Bir ümid ver mənə, tükənən olmasın,
    Lalətək tez açsın, amma tez solmasın.
    Bir ümid ver mənə, hər zaman gözlərəm,
    Düşərək yoluna, bir ömür izlərəm..

    alıntı
#15.03.2014 22:14 0 0 0