Könül sevən göyçək olar

Son güncelleme:
  • Məhəbbətlə bəzənərsə bir ürək,
    Eşq ətirli çiçək olar, a qızlar,
    Doğru deyib atalar da bu sözü:
    “Könül sevən göyçək olar”,a qızlar!

    Qarayanız bir qız idi o Leyla,
    Məcnun onu Günəş kimi görürdü.
    Fərhad yardı qayaları-dağları,
    Şirin eşqi ona qüvvət verirdi.

    Kərəm yandı Əslisiylə odlara,
    Qızılgülə çevrilmişdi bu vüsal.
    “Sevər?! Sevməz?!”düşünmək də nahaqdır,
    Yaraşarmı məhəbbətə heç sual?!

    Qərib gəzdi, diyar-diyar dolaşdı,
    Axtarırdı gözləriylə bir sənəm.
    Eşq yolunda içdi zəhər şərbəti,
    Qərib ilə bir can idi Şahsənəm!

    Zöhrə uzaq Dan ulduzu kimiydi,
    Tahir onu eşqə yaxın eylədi.
    Eşq yolunda onlar qurban getdilər,
    Eşidənlər ” Eşqə baxın “söylədi!

    Sevgi ilə bəzənərsə bir ürək,
    Eşq ətirli çiçək olar, a qızlar!
    Doğru deyib atalar da bu sözü:
    “Könül sevən göyçək olar!”,a qızlar!

    alıntı
0 0 0