İnsan və O - İngilis əfsanələrindən

Son güncelleme:
  • Qeyd: Azərbaycan dilinə tərcümədə onu bir qədər deəyişmişəm və bəzi əlavələr etmişəm.
    O, insan gözəlliyinin heyranı idi. Hər dəfə insanları görəndə özü-özünə nifrət edirdi. Ona başqaları bədheybət, qulyabani və ya sadəcə cin deyirdilər. Xarici görkəmi çox mənfi təsir bağışlayırdı. Buna görə də o, bəşəriyyətin ən gözəl yaradılışı olan insanlara nifrət və paxıllıq bəsləyirdi. Ancaq yenə də, insan kimi möhtəşəm bir varlığın kim olduğu ilə maraqlanar, ona heyrət edərdi. Qulyabani insanlardan çox uzaqda, yüksək bir dağın zirvəsinda yaşayırdı. Oralarda gəzib dolaşan olmazdı. Qulyabani öz iyrənc sifətini orada hər kəsdən gizləyərdi. Bir gün o, öz kiçik daxmasında oturarkən bayırdan bir səss eşidir. Bu, insan səsi idi. Bəli, bəli bir insan... Özü kimi səsi də gözəl idi insanın. Cəld bayıra çıxır. Axı buralarda kim ola bilərdi ? – deyə soruşur özü özündən... Qapını açanda isə bu suala cavab tapır. Bu, dağda yolunu azmış, qorxmuş bir gənc oğlan idi. İnsanın gözləri qaranlıqda çox zəif görürdü və o, qulyabaninin simasını seçə bilmədi ama onunla üzbəüz birinin olduğunu duyurdu. Ona uzaqdan müraciət edərək:
    - Ey, sən kimsən ? mənə kömək et, xaiş edirəm, buralar çox qaranlıqdır. Bu gecəni hardasa keçirməliyəm dedi.
    Qulyabani heyrət içində idi. Onun qaranlıqda hər yeni aydın görə bilən gözləri insanın simasının ayın simasından daha gözəl olduğunu düşünürdü. Bu necə nurdur belə ? O, üzünü insana tutub, öz qorxulu səsi ilə “Gəl keç mənim evimə, gecəni burda keçirərsən ” – dedi.
    İnsan məmnuniyyətlə onun təklifini qəbul etdi və bədheybətin evinə gəldi. Ev çox qaranlıq idi. İnsan qulyabaniyə yaxınlaşdı və onun qalın, tüklü, kobud qollarından tutaraq dedi:
    - Çox sağolun, sizə necə minnətdar olum ? Ancaq bura qaranlıqdır, mən yorğunam. Mənə kömək edin, qalmağa bir yer göstərin.
    Qulyabani insanın kömək istəyinə qarşılıq verib ona yatmağa yer göstərdi. Öz yatağında uzandırdı. Özü isə oturub insanın simasını seyr edirdi.
    - İnsan dedi, “Bəs siz harda yatacaqsız ? Bura niyə belə qaranlıqdır ? Heç olmasa şam yandıra bilərsiz ? ”
    - Yox, mən qaranlığa öyrəşmişəm, dedi.
    İnsan suallarının onu narahat etdiyini görüb daha dinmədi. Səhərə qədər yarı oyaq, yarı yatmış vəziyyətdə qaldı. Nəhayət, səhər açıldı. Günəşin ilk şüaları bədheybətin üzünə düşən kimi insan dəhşətə qəldi. İstədi qışqırsın, oradan qaçsın, amma sonra düşündü ki əgər o, ona ziyan yetirmək istəsəydi bunu gecə ikən edərdi. İnsan başladı onunla ünsiyyət qurmağa, bitməz marağı ilə ona suallar verməyə. Sonra qulyabani insana getməzdən öncə onun süfrəsinə qonaq olmağı təklif etdi. İnsan onun təklifini qəbul edəndən sonra bədheybət onu şorbaya qonaq etdi. Qulyabaninin evi çox soyuq olduğundan insan nəfəsi ilə barmaqlarını tez-tez isidirdi. Qulyabani, bunu səbəbini soruşanda, insan “soyuqdur” – dedi. Bir az sonra şorba süfrəyə gəldi. İnsan qaşığı əlinə alıb şorbanı içmək istəyəndə şorbaya nəfəsini üfürdü. Qulyabani yenə bunun səbəbini soruşanda, insan ona “Şorba istidir” dedi.
    Qulyabani : “Dərhal mənim evimi tərk et,” – dedi.
    Niyə axı, deyə insan dilləndi. O isə cavabında: “Mən eyni nəfəs ilə həm isidən, həm də soyudan bir varlığı evimdə qonaq görmək istəmirəm” – dedi.

    alıntı
0 0 0