Gözünü aç qulaq as

Son güncelleme:
  • Bir insan soruşur bizim elçidən.
    - Niyə görə insanların ömrü azalıb?
    - Yaşanırdı əvvəllər min ilə yaxın,
    - İndi isə lap kiçilib yüzə dayanıb.

    Cavabında deyir ki, peyğambərimiz.
    Möminə astadan o yaxınlaşır.
    - Bu Qədr gecəsinin fəziləti var,
    - Min gecədən üstündür, daha yaxşıdır.

    Maraqlanan bir insan deyir Bəhlula.
    - Əcəba cəhənnəmdə olmusunuzmu?
    - Orada şeytana rast gələndə siz
    - Alovu görəndə qorxmusunuzmu?

    - Cəhənnəmdə olmuşam hər tərəf geniş,
    - Alovsuz görəndə qəribə gəldi.
    - Soruşanda cavabda: Alov nə gəzir,
    - Alovu insanlar gətirir dedi.

    alıntı
0 0 0