Yuxumda görəndə səni

Son güncelleme:
  • Səhərlər oyanmaq istəmirəm mən,
    Gecələr yuxumda görəndə səni.
    Sanki ürək donur, dayanır həmən,
    Gecələr yuxumda görəndə səni.

    Ürək, tanrısından artıq nə dilər?
    Dağılır eşqimə çəkilən çəpər.
    Qəlbimə nur qonur, yox olur qəhər,
    Gecələr yuxumda görəndə səni.

    Bunca öz-özümlə danışmamışdım,
    Taleyim, bəxtimlə barışmamışdım,
    Gündüzlər bu qədər ağlamamışdım,
    Gecələr yuxumda görəndə səni.

    Zülfə sığal çəkər, titrəyən əlim,
    İstərəm tənimlə tənə tən gəlim,
    Gör necə dillənir, söz deyir dilim,
    Gecələr yuxumda görəndə səni.

    Yuxularda yaşat ölmüş Səfəri,
    Qayıtmaz geriyə sənli günləri,
    İlahi qoy yatım, açma səhəri,
    Gecələr yuxumda görəndə səni.

    alıntı
0 0 0