Qadasın Alım

Son güncelleme: 11.04.2014 23:26
  • Dənizə çökmüşdür mavi gözlərin,
    O mavi gözlərin qadasın alım.
    Məhəbbət söyləyir şirin sözlərin,
    O şirin sözlərin qadasın alım.

    Qəlbim deyir hicran dərdi ağırdır,
    Könlüm tamam didilibdir,yağırdır,
    Qəddar yarım,yazıq könlü bağırdır,
    Vurduğun közlərin qadasın alım.

    Deyirsən bir az döz qayıdacağam,
    Səninlə birlikdə yaşayacağam,
    Ülvi də dözəcək,yaşlanacağam,
    Dediyin "döz"lərin qadasın alım.

    alıntı
#11.04.2014 23:26 0 0 0