Ne deyim sənə dünya

Son güncelleme: 21.04.2014 15:27
  • Nağıl, söz yurdda qalsa,
    Ocaq, köz yurdda qalsa,
    Düzlər düz yurdda qalsa
    Nə deyim sənə,dünya.

    Bayquş nəğmə deyirsə,
    Çoxu haram yeyirsə,
    Nahaq haqqı əyirsə
    Nə deyim sənə, dünya.

    Tufan küləkdən haqlı?
    Xəlbir ələkdən haqlı?
    İblis mələkdən haqlı?
    Ne deyim sənə, dünya?

    Müəllif: Vaqif Məmmədov

    alıntı
#21.04.2014 15:27 0 0 0