Məşhur amerikalı müğənni Beyonce xüsusi pəhrizlərə əməl etməyi sevmir. O, bədənindən toksinlərin çıxarılması ilə arıqlamağa müvəffəq olub. Artıq çəki, mədə-bağırsaq sisteminin pozğunluğu, dırnaqların haçalanması və üzünün rəngi səni narahat edirsə, demək, orqanizmin təmizlənmək zamandır.
Beyonce kimi arıqlamaq üçün...
* Şəkərdən imtina edib. Çünki şəkər qanda toplanıb, insulinin miqdarını artırır.
* Alkoqol nəinki orqanizmin, həm də pəhrizlərin düşmənidir. O həzm prosesini və qaraciyər fəaliyyətini pozur.
* Kofe və qara çay qan təzyiqinə təsir edir. Bu içkilər toksinləri və yağı bədənə toplayır.
* Orqanizmin toksinlərdən təmzilənməsi üçün müğənni ət və balığı da qida rasionundan çıxarıb. Çünki ət həzm prosesini zəiflədir.
* Yarımfabrikatlar, çips və buterburotlardan imtina edib. Qidaların tərkibində olan ətirverici, qida rəngləri, dad artırıcı maddələr və konservantlar orqanizmi " Zibilləyir ". Bu cür qidalarda şəkər çox, vitamin və minerallarsa azlıq təşkil edir.
* Orqanizmini təmizləmək üçün Beyons gün ərzində çoxlu qazsız mineral su içir. Suyun içinə limon şirəsi də əlavə etmək olar.
* İstdiyin qədər tərəvəz və meyvə yemək toksinlərin bədəndən çıxarılmasına kömək edir. Xiyar, kərəviz, sitrus və qırmızı meyvələr böyrəklərin işləməsinə kpmək edir.
* Beyons xörəklərində göyərti istifadə etməyi sevir. Çünki göyərti orqanizmdən duzları, şəkəri çıxarır və həzm sistemini yaxşılaşdrır.
* Yaşıl çay, ot və meyvə dəmləməsi antioksidant olub, arıqladıcı effekt verir.
* Sauna, idman, isti vanna və təmiz hava " Təmizlənmək" üçün əla vasitədir. Bu prosedur qanı oksigenlə qidalandırb, maddələr mübadiləsini gücləndirir.
Qeyd edim ki, bu kursu 5 həftə davam etdirmək şəkərdən, piylənmədən, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlara xeyirlidir.