Nə qadınlar kişiləri anlayır, nə kişilər qadınları... Bu günə qədər hər iki cins də bundan şikayətçi idi. Bunun üzərinə araşdırmalar başladı və aparılan sorğular nəticəsində bir çox suala cavab tapıldı.
- Kişilərin 82%-i uzunmüddətli münasibətlər qurmaq istədiyi qadında xarici görünüşə əhəmiyyət verir. Bu nisbət, qadınlarda 40%-ə bərabərdir.
- Lakin qadın üçün ən əhəmiyyətli mövzu bədən uyğunlaşmasıdır. Qadınların təxminən 70%-i bədən uyğunlaşması axtarır. Bu nisbət, kişilərdə 30%-dir.
- İştirakçıların təxminən 60%-i, sevgiyə, sədaqətə, etibarlılığa, birlikdə olacaqları adamın xoşbəxt, dinc və problemsiz olmasına əhəmiyyət verir. Bu xüsusiyyətlər, iki cins üçün də bərabər dərəcədə əhəmiyyətlidir.
- "Qarşı cinslə əlaqələrinizi düşündüyünüzdə, özünüzü necə hiss edirsiniz?" sualının cavablarına baxdığımızda, qadınlar baxımından mənfi bir tablo qarşımıza çıxır
- Kişilərin təxminən 60%-i, qadınlarla əlaqələrində özünü xoşbəxt və təmin olunmuş hiss edir. Bu nisbət qadınlarda 40%-dir.
- Kişilərin 50%-i, bu mövzuda özlərini maraqlı, istəkli, həyəcanlı və müvəffəqiyyətli hiss edərkən; bu hissləri paylaşan qadınların nisbəti kişilərin yarısı qədərdir; 25%.
- Kişilərin 40%-ı, qadınlarınsa 30%-i, özünü qarşı cinsə görə daha güclü və üstün hiss edir.
- İştirakçıların təhsil səviyyəsi, cəmiyyətin ümumisinə görə olduqca yüksəkdir. Buna baxmayaraq bəkarət, kişinin qadında axtardığı bir xüsusiyyətdir.
- Kişilərin 32%-i, uzunmüddətli münasibətlər quracağı qadının daha əvvəl münasibət yaşamamış olmasını istəyir.
- Qadınların 30%-i cinsi baxımdan çox təcrübəli və axtarış içində olmayan kişini seçir.
-Ayrıca kişilərin 32%-i, qadının uyğun, mülayim xasiyyətli və özünü idarə edən biri olmasına əhəmiyyət verir.