Qocalmanı ləngidən şərtlər

Son güncelleme: 25.04.2014 11:53
  • Vitaminlər!

    Hamı təbii vitaminlərin mənbəyini yaxşı tanıyır. Amma qışın sonu və yazın əvvəlində vitamini istixana tərəvəzlərində axtarmayın, onların əvəzinə meyvə qurusu yeyin. Meyvə qurusundan bişirilən kompot için, səhərlər yediyiniz sıyığa ərik qurusu və kişmiş qatın. Bir də müntəzəm olaraq itburnu dəmləməsi için ki, vitamin sarıdan korluq çəkməyəsiniz. Cavanlığın ömrünü uzadan "möcüzəli ərzaqlar” siyahısına aşağıdakılar daxildir. Paxlalılar, qaragilə, brokkoli kələmi, vələmir yarması, portağal, balqabaq, soya, qızılbalıq, ispanaq, qara və yaşıl çay, pomidor, hind toyuğu, qoz və qatıq. Bu pəhriz nəticə versin deyə, sadalanan bütün məhsulları heç olmasa həftədə 4 dəfə yemək lazımdır.

    Daxili ovqat və könül dincliyi!

    Cavanlığın ömrünü uzatmağın bir sirri də xoşagəlməz emosiyalardan uzaqlaşmaqdır. Əgər siz yenə yeniyetmə çağlarınızdakı kimi zarafat etməyi, deyib-gülməyi yadırğamamısınızsa, xeyirxahsınızsa, kimsəyə paxıllıq etmirsinizsə, üstəlik sevimli məşğuliyyətiniz varsa, deməli sizin qocalığınızın da gözəl gənc siması olacaq.

    Boyun və əllər yaxşı gizlədə bilmir.

    Qulluqdan söz düşəndə qadınlar boynunu, kişilər isə hətta əllərini unudurlar. Amma nahaq yerə. Hər gün çox işləyən əllər və qulluq görməyən zərif boyun dərisi insanı daha yaşlı göstərir. Buna görə də üz dərisinin qayğısına qalarkən boynunuzu və əllərinizi unutmayın.


    alıntı
#25.04.2014 11:53 0 0 0