Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 3 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
İncə dodaqlari dəydi alnıma
İncə dodaqlari dəydi alnıma
167
Son güncelleme:
02.05.2014 23:34
BiR-DOST
Gəldim görüşünə, yaman aldandım,
Yarımı gözləri yaşaran görgüm.
Sevgi diləyirdim, oda qalandım,
Hüsnü camalını pərişan gördüm.
"Ay gülüm"səslədim, tutuldu dilim.
Əl verdim, əlinə yetmədi əlim.
Yamanca qəmlidir nazənin gülüm.
Yanağı gün kimi alışan gördüm.
Niyə belə dolğun, hardandır bu qəm?
Ala gözlərində nədəndir yaş,nəm?
İstədim oxşayam, qoxlayam, öpəm
Üzündə inciklik dolaşan gördüm.
Süstəldi qollarım,düşdü yanıma:
"Ay, gülüm,əhv eylə,küsmə qınama"
İncə dodaqlari dəydi alnıma.
Naz ilə yanımda əyləşən gördüm.
Süzdü gözlərini şikayət ilə:
"Bülbül belə baxmaz,əzizim,gülə,
Bu hicran dünyamı çevirib külə"
Deyəndə, alnını qırışan gördüm.
İlhamın dünyası sonsuz nağıldır.
Hərdən sevindirir,hərdən ağladır.
Oyandım,bu görüş yaman dağladı,
Göydə ulduzları sayrışan gördüm.
İlham İdrisoğlu
alıntı
#02.05.2014 23:34
0
0
0
Önceki Konu:
Kövrəltməsin deyə götürmə dedim
Sonraki Konu:
Kimi aldadırdın onda bilmirəm
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma