Qırx kəlməsi haqqında qırx incəlik

Son güncelleme:
  • 1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:”Hər kim qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə,elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.

    2-İmam Baqir (ə) buyurmuşdur:”İnsan qırx gün müddətində imanını Allah Üçün xalis etsə,Allah-Təala onu dünyaya qarşı rəğbətsiz edər,dünyanın dərdini və dərmanını ona tanıtdırar,daha sonra hikməti onun qəlbində möhkəmləndirib,dilini hikmət ilə danışığa gətirər”.

    3-Fəzl ibn Yəsar deyir:İmam Baqir (ə)-ın belə buyurduğunu eşitdim:”Hər kəs şərab içsə,namazı qirx gün ərzində qəbul olunmaz.

    4-İmam Sadiq(ə) buyurmuşdur:”Hər kəs mömin qardaşlarından qırx nəfəri dua etdikdən sonra özünü dua etsə,onun hər iki duası qəbul olar”.

    5-İmam Sadiq (ə) buyurmuşdur:Bir mömin şəxs dünyasını dəyişdikdə,qırx nəfər mömin şəxs dəfn mərasimində iştirak edib,onun mömin olduğuna şəhadət versələr,Allah-Təala onu bağışlayar”.

    6-Həzrət Peyğəmbəti-Əkrəm(s) buyurmuşdur:”Bir şəxsin biz Əhli-Beytə məhəbbət barədə yaydığı qırx hədis ,onun sədəqə verdiyi qırx min dinardan(qızıl puldan)üstündür.Allah-Təala ona hər bir hədis üçün bir peyğəmbər savabınl,hədisin hər bir hərfi üçünsə qiyamət günü bir nur verər”.

    7-Həzrət Peyğəmbəri-Əkrəm(s) buyurmuşdur:”Ümmətimdən hər kəs camaatın istifadə etməsi üçün qırx hədis əzbərləyərsə,Allah-Təala onu qiyamət günü fəqih və alim halında gətirər”.

    8-Həzrət Peyğəmbəri-Əkrəm(s) imam Əli (ə)-a vəsiyyət edərək buyurmuşdur:”Ya Əli! Ümmətimdən hər kəs Allahın razılığını qazanmaq məqsədila qırx hədis əzbərləyərsə,Allah-Təala onu qiyamət günündə peyğəmbərlər,övliyalar,şəhidlər və layiqli şəxslərlə birgə məşhur edər”.

    9-İmam Sadiq (ə) buyurmuşdur:”Hər kim halal və haram barəsində bizim hədislərimizdən qırx hədisi hifz edərsə,Allah-Təala qiyamət günü onu alim və fəqih halında gətirər və ona əzab verməz”.

    10-Həzrət Rəsuli-Əkrəm(s) buyurmuşdur:” Mənim ümmətimdən hər kəs sünnədən qırx hədis əzbərləyərsə,qiyamət günü ona şəfaət edərəm”.

    alıntı
0 0 0