Xoş xasiyyətlik və onun yaxşı səmərələri

Son güncelleme: 08.05.2014 23:42
  • –Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar.

    Biharul-ənvar /71/373.
    ***
    –İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil.

    Biharul-ənvar /78/111.
    ***
    –İmam Həsən Müctəba əleyhissalam buyurur: Həqiqətən ən yaxşı şey gözəl xasiyyətdir.

    Xisal /29.
    ***
    –Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözəl xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq).

    Biharul-ənvar /71/394.
    ***
    –İmam Zeynəl-abidin əleyhissalam buyurur: Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər.

    Xisal /317.
    –İmam Sadiq əleyhissalam buyurur: Üç şey vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1. Yoxsul olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə).

    Kafi /2/103.
    ***
    –Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir.

    Kafi /2/100

    alıntı
#08.05.2014 23:42 0 0 0