Sənə arzu bağışlaram

Son güncelleme: 08.05.2014 23:50
  • Sənin qəlbindən ötrü mən,
    bircə arzu ayırmışam.
    O sehirli duyğuları
    gözəlliklər titrədibdir,
    mən baxıb heyran olmuşam.

    Bir ümidmiş o yuxular,
    dön,geri bax,boylan mənə.
    Bizim yollarımız birdir,
    addımlayaq-gedək,gedək
    o vüsala doğru yenə.

    Hardasa xoş musiqi var,
    yaz dolusu bir gündü ki.
    Bu yol bir sevgi cığırı
    arxanca- çox utanaraq,
    axı səni izlədm ki.

    Bu məhəbbət bağçamıza,
    al ləçəklər səpiləcək.
    arzularım sənli olar
    mənə doğru bir addım at,
    sənə arzu bağışlaram
    ömrümün öz gülləritək!.

    alıntı
#08.05.2014 23:50 0 0 0