Həzrəti Fatimənin (ə) fəzilətləri haqqında Əhli-sünnə mənbələrindən 40 hədis;
Bismilləhir Rahmənir Rahim.
Allahın salavatı və salamı Faiməyə atasına ərinə və məsum övladlarına olsun.
1) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Qiyamət günü olanda bir nida edən nida edər: Ey əhli cəm (yəni yoplaşanlar) gözlərinizi aşağı dikin, ta ki Fatimə (ə.) keçənə qədər”.
2) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Elə ki cənnətin iyini almaq üçün iştiyaqım olur (yəni güclü meylim, istəyim olur) Fatimənin (ə) boynunu iyləyirəm”.
1. “Muntəxabu kənzul-ummal” c.5, səh.97;
2. “Nurul-əbsar” səh.51;
3. İbn Məğazili “Mənaqib” səh.360.
3) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Sənə aləmlərin qadınları içərisindən 4-ü (ibrət almağa, ölçü götürməyə) kifayət edir”:
1) Məryəm (ə),
2) Asiya (ə),
3) Xədicə (ə),
4) Fatimə (ə).
1. “Siyəru aləmin-nubəla” c.2, səh.126;
2. “Əl-bidayətu vən-nihayə” c.2, səh.59;
3. İbn Məğazili “Mənaqib” səh.363.
4) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Əli! Bu Cəbrail (ə.) mənə xəbər verdi ki, Allah səni Fatiməyə zövcə etdi (nikahını kəsdi)”.
“Mənaqibul-İmam Əli minər-riyazun-nuzrət” səh.141.
5) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Heç vaxt Fatimə (ə) (bir şeyə) razı olmadan mən razı olmadım”.
İbn Məğazili “Mənaqib” səh.342.
6) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Əli! Həqiqətən Allah mənə əmr etdimişdir ki, səni Fatimə ilə təzvic edəm (evləndirəm,nikahını kəsəm)”.
7) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Həqiqətən Allah Əlini Fatiməyə təzvic etdi (evləndirdi, nikahını kəsdi)”.
“Əs-səvaiqul-muhriqə”: səh.173
8) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Fatimə (ə.) mənə görə ailəmin ən sevilmisidir”.
1. “Əl-camius-səğir” c.1, səh.37, hədis 203;
2. “Əs-səvaiqul-muhriqə” səh.191;
3. “Yənabiul-məvəddə” c.2, bab 59, səh.479;
4. “Kənzul-ummal” c.13, səh.93.
9) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Cənnət əhlinin seyyidəsi Fatimədir”.
14) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Cənnətə ilk daxil olan Fatimədir”.
1. “Yənabiul-məvəddə” c.2, bab 56, səh.322.
15) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Mehdi (ə.f.) mənim itrətimdən (övladımdan, ailəmdən) və Fatimənin (ə) övladlarındandır”.
“Əs-səvaiqul-muhriqə” səh.237.
16) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Həqiqətən (əzzə və cəllə) Allah qızım Fatiməni və onun (məsum) övladlarını və onları sevənləri cəhənnəm odundan ayırmışdır (uzaq etmişdir) və buna görə də qızım Allah tərəfindən Fatimə adlanıb”.
“Kənzul-ummal” c.6, səh.219.
17) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: ”Ey Fatimə! Sən mənim Əhli-beytimdən (ailəmdən) birinci şəxssən ki, mənə qovuşacaqsan (yəni dünyadan köçəcəksən)”.
21) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Fatimə insan surətində bir huri olaraq yaradılmışdır”.
İbn Məğazəli “Mənaqib” səh.296.
22) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Fatimə Adəm övladlarının surətində bir huridir, nə heyz olmuşdur (görmüşdür), nə də ki nifas (yəni nə aybaşı qanı, nə də ki doğuş qanı görməmişdir)”.
26) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Fatimə məndən bir tikədir (parçadır), onu nə dərdə salırsa (əziyyət edərsə) məni dərdə salar (əziyyət edər) və onu nə sevindirərsə məni də sevindirər”.
Xətib Xarəzmi “Mənaqib” səh.353.
27) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Fatimə məndən bir tikədir (parçadır) kim ona əziyyət etmişsə, (bilsin ki) artıq mənə əziyyət etmişdir”.
31) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Fatimə! Həqiqətən Allah sənə əzab verməz, nə də ki, sənin (məsum və təqvalı) övladlarına əzab verməz”.
1. “Kənzul-ummal” c.13, səh.96;
2. “Muntəxabu kənzul-ummal bi hamişi müsnədi Əhməd” c.5, səh.97;
3. “İsafur-rağibin bi hamişi nurul-əbsar” səh.118.
32) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Kişilərdən çoxları kəmala çatmışdır, amma qadınlardan 4 nəfərdən başqa heç kim kəmala (kamillik dərəcəsinə) çatmamışdır: Məryəm (ə), Asiya (ə), Xədicə (ə) və Fatimə (ə)”.
“Nurul-əbsar” səh.51.
33) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: ”O gecə mən səmaya qaldırıldım (merac etdim). Cənnətin qapısı üzərində gördüm ki, belə yazılmışdı: Lə iləhə illəllah Muhəmmədun Rasulullahi, Əliyyun Həbibullah (Allahın sevimlisidir), Əl-Həsənu vəl-Husəynu sifvətullahi (Allahın səmimi, xalis dostlarıdırlar, həmdəmidirlər), Fatimə xayratullahi (Allahın seçib bəyəndiyi və ya xeyirlə dolu olan bəndəsidir), alə mubğazihim lə-nətullahi (onlara nifrət edib düşmənçilik edənlərə Allahın lənəti var)”.
34) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Əgər yaxşılıq bir şəxs və ya insan surətində olsaydı, o şəxs Fatimə olardı, bəlkə Fatimə (ondan) daha əzəmətlidir.Həqiqətən qızım Fatimə yer əhlinin şərəf, kərəm və əsl-kök cəhətdən ən xeyirlisidir (yaxşısıdır).(şərəf-böyük sayılmaq, kərəm-mehribançılıq, lütf və hədiyyə etmə deməkdir)”
“Məqtəlil-Hüsəyn” c.1, səh.60.
35) Allahın Rəsulu (s.a.v.v.) bir gün Fatimənin (ə) əlindən tutaraq xaric oldu və camaatın qabağına gəldi və buyurdu: “Kim bunu tanımışdırsa artıq onu tanıyır və kim onu tanımamışdırsa (bilsin ki) o Muhəmmədin (s.) qızı Fatimədir (ə) və mənim qəlbimdir və 2 böyrümün arasında yerləşən ruhumdur”.
36) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Heç şübhəsiz Fatimə ona görə Fatimə adlandırılmışdır ki, həqiqətən Allah onu sevənləri oddan (cəhənnəm alovundan, atəşindən) ayırmışdır (uzaqlaşdırmışdır).
“Məcməuz-zəvaid” c.9, səh.201.
37) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Cəbrail (ə.) mənim yanıma gəlib dedi: Ey Muhəmməd! Həqiqətən sənin Rəbbin Fatiməni sevir, ona görə də səcdə et və mən də səcdə etdim. Sonra dedi: Həqiqətən Allah Həsəni və Hüseyni də sevir və mən (yenə də) səcdə etdim. Sonra dedi: Həqiqətən Allah o ikisini sevəni də sevir”.
“Lisanul-mizan” c.3, səh.275.
38) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Həqiqətən Fatimə mənim bir tükümdür və kim mənim bir tükümü incitsə (əziyyət etsə), artıq (bilsin ki) məni incitmişdir (əziyyət etmişdir) və kim məni incitmişsə (əziyyət etmişsə), artıq (bilsin ki) Allahı incitmişdir (əziyyət etmişdir) və kim Allahı incidərsə (əziyyət edərsə) Allah ona göylər və yerlər dolusu (miqdarında, ölçüsündə) lənət edər”.
“Hilyətul-övliya” c.2 səh.40.
39) Allahın Rəsulu (s.a.v.v.) Nur surəsi 36-cı ayəni oxudu: ... Allah o evlərin ucalmasına və öz adının o evlərdə zikr edilməsinə izn vermişdir. Bir kişi ayağa qalxıb dedi: Ey Allahın Rəsulu! Bu hansı evlərdir? Allahın Rəsulu (s.) dedi: Peyğəmbərlərin evləri. Sonra Əbu-Bəkr əlini İmam Əlinin (ə) və Xanım Fatimənin (ə) evinə işarə edərək dedi: Ey Allahın Rəsulu! Bu ev də o evlərdəndirmi? Allahın Rəsulu (s.) dedi: Bəli, (hətta) o evlərin ən fəzilətlisidir.
40) Allahın Rəsulu (s.a.v.v.) buyurdu: “Ey Salman! Fatiməni sevmək 100 yerdə fayda verər, onların ən asanı (yüngülü) bunlardır: vəfat edərkən, qəbrdə, əməllərin ölçülərkən (mizanda), məhşərdə (Qiyamətdə toplantı yerində), siratda, mühasibədə (hesab verərkən). Bəs bilin ki, qızım Fatimə kimdən razı qaldısa, mən də ondan razı qalaram və mən kimdən razı qaldımsa Allah da ondan razı qalar və qızım Fatimə kimə qəzəblənərsə, mən də ona qəzəblənərəm və mən kimə qəzəblənərəmsə Allah da ona qəzəblənər. Ey Salman! Ona və onun əri Əmirul-mimininə zülm edən üçün vəyl vardır (cəhənnəmin vəyl dərəsində əzab) və onun (məsum və təqvalı) övladlarına və şiələrinə (köməkçiləri və tərəfdarlarına) zülm edənə də vəyl vardır”.