Kimlər bu milləti bu günə saldı

Son güncelleme: 11.05.2014 17:19
  • Haqqsızlığı gördün yaxşısı göz yum
    Dünyanı düzəltmək sənəmi qaldı
    Qorxudur danışsam ölüm qorxusu
    Kimlər bu milləti bu günə saldı?

    Düşmən torpağıma nöş bel bağlayır
    Şəhid anaları ürək dağlayır
    Belə yaşamağdan xalq qan ağlayır
    Kimlər bu milləti bu günə saldı?

    İnsan TANRIDIRMI ona diz çöküm
    Düşmənə baş əyməm istə qan töküm
    Düz söz danışana oxunur hökm
    Kimlər bu milləti bu günə saldı

    Muxtarov Araz

    alıntı
#11.05.2014 17:19 0 0 0