Mən səni gözləyərəm
İnan mənə .
Sonsuzla birlikdə oturarıq qarşı səkidə
Avtomobillər keçər gedər, günəş doğular batar
Mən, yenə səni gözləyərəm.
Mən Səni Gözləyərəm
Arada bir içim sıxılar
Üzülərəm sənə, mənə heç baxmamana
Gülməyini, amma yalnız dodağlarınla
Gəlməyini, amma başqalarına
Sevməni, amma hər kəsdən çox deyil
Mən səni, bu ümüdsüz halınla gözləyərəm
Mən Səni Gözləyərəm
Uzadaram əllərimi zamanlı vaxtsız
Qalar havada ...
Nə edəcəyimi bilmərəm, itirmə qorxusuyla
Bir söz ataram ortaya və gülərəm qəhqəhələrlə
Yalandan da olsa
Mən səni, çarəsiz qapılarda gözləyərəm
Mən Səni Gözləyərəm
Ruhum titrəyər, üşüyərəm mavi axşamlarda
çox üşüyərəm
Sarılmaq istəyirəm, adi sevdana
Sığınmaq istəyirəm, ürəyinin az küncünə də olsa
Kifayətlənmək istəyirəm, çatmayacağını bilə bilə
Mən səni, sakitcə gözləyərəm
Mən Səni Gözləyərəm
Ulduzsuz səmada ay olaram
Pəncərədən izləyərəm, yas tutum özümə
Mən səndən, mən hər kəsdən uzağam artıq
Olsun ... Onsuz da,
Mən səni, uzaqda gözləyərəm
Mən Səni Gözləyərəm
Ağ bir qərənfilə bürünər bəzən sevgin
Hər qıvrımı bir ürək atışı
Vurğun gözəlliyindən sonra
Burax qoparmağı, toxuna bilmərəm belə
Toxunanda qan damlar,
Dözə Bilmərəm
Mən səni, hər an gözləyərəm.
Mən Səni Gözləyərəm
Mən səni gözləyərəm
Neçə zaman sonra,
Hansı sonsuzluq uçurumundan
Bilə bilmərəm amma
Mən yenə səni,
Mən həmişə səni,
Gözləyərəm .