Aşiq olmaq və ilk eşq

Son güncelleme: 11.05.2014 17:47
  • Eşqlə başlayan bir birlikdəlik sevgiyə çevrilmişsə əgər, o əlaqə sonsuza qədər sürə bilər. Eşqin ilk anlarındakı həyəcan bitsə belə bir müddət sonra, güvən və dincliyin verdiyi o rahatlıq duyğusu sizi dünyanın ən xoşbəxt insanı edə bilər. Ancaq eşqin o ilk həyəcanları, titrəmələriniz, qəlb atışlarınız keçib də yenidən eyni axtarışa dönürsünüzsə əgər siz ‘eşqə aşiqsiniz' deməkdir. Eşqə aşiq olan insanlar, həyəcanlarını itirdikləri an birlikdə olduqları insanları tərəddüdsüz tərk edib yeni eşqlərin arxasınca düşər. Bu səbəblə də əlaqələri uzun ömürlü olmaz. Onlar üçün qarşılarındakı insan bir vasitədir. Əhəmiyyətli olan eşqin özlərinə verdiyi həyəcan duyğusunu yaşamaqdır. Bir başqa deyişlə, qarşılarındakı insana deyil, o insanın yaşatdığı duyğulara aşiqdirlər.

    Əslində bu cür insanlar hər aşiq olduqları insanı bir əvvəlkindən daha ehtiraslı yaşamağa başlayar. Onlar üçün hər kəs ‘gerçək eşqdir. Bir əlaqələri bitib digərinə başladıqlarında "Mən ona aşiq deyilmişəm, əsl eşq buymuş" deyərlər. Heç bir eşq sonsuza qədər sürməz. Bu səbəbdən, eşqlərini sevgiyə çevirə bilmədikləri üçün əsla qalıcı bir əlaqəyə də sahib ola bilməzlər.

    Ehtirası, həyəcanı və eşqi yaşamaq gözəldir amma bu axtarış hara qədər davam edəcək? Unutmayın ki, siz axtarışa davam edərkən zaman da axıb gedir. Bir müddət sonra geriyə dönüb baxdığınızda ardınızda yalnız eşq qırıntıları görəcəksiniz. Üstəlik tək olacaqsınız. Ayrıca hər yaşadığınız əlaqə sizə görə "eşq bitdiyi üçün" xəyal qırıqlığı ilə nəticələnəcək. Təbii olaraq da qısa davamlı xoşbəxtliklərlə kifayətlənəcəksiniz. Xoşbəxtliyinizi davamlı edə bilməyəcəksiniz. Hər eşq yarım qalacaq, heç biri tamamlanmayacaq. Ürəyinizdə həmişə bir əskiklik olacaq.

    Dünyada hər kəs üçün bir doğru insan vardır. Səhv insanlarla qarşılaşmanız bu gerçəyi dəyişdirməz. O doğru insanı tapdığınıza inanırsınızsa eşq axtarışınızı nöqtələmənin də zamanı gəlmiş deməkdir. Unutmayın, kimsə mükəmməl deyil. Armudun sapı, üzümün çöpü deyə-deyə hər kəsdə bir qüsur tapmağa qalxsanız özünüzə zərər vermiş olarsınız.

    Bir də ilk eşqin unudulmaması vəziyyəti var. İlk eşq təcrübəsi ümumiyyətlə həqiqi deyil. Amma insan ilk eşqinin təsirindən xilas ola bilməz. Alınan o böyük həzz, o ümidsizlik duyğusu, qarşılığı alınmasa belə, unudulacaq duyğular deyil. İlk dəfə aşiq olduğunuz zaman, ümumiyyətlə inkişafın ilk dövrlərində olduğunuz və hələ yetkinləşmədiyiniz üçün, o adama necə yaxınlaşacağınızı bilə bilməzsiniz. Əslində yalnız müthiş həyəcanlı tapdığınız bir imicə aşiqsiniz. Əgər görüşə bilər və duyğularınızı gerçəyə çevirə bilsəniz, böyük bir ehtimalla sehr anında pozulacaq. O adama heyran olmanız və müəyyən bir məsafədən müşahidə etməniz, onun gözünüzdə mükəmməl bir eşq objesi olaraq qalmasına köməkçi olar. Bu şəkildə əslində onların uyğun olmadığını anlama fürsəti tapa bilməzsiniz.

    İlk eşq, romantik inkişafınızda, ümumiyyətlə verməkdən çox, istəmək dövrüdür.
    Özünüzü deyil də başqasını düşünməniz ilk dəfə reallaşsa belə, bu eqoist sevgidir. Həqiqətən də insanlar ilk eşqlərində sevgilərinin objesi olan insana sevgi və şəfqət verməkdən çox, hadisənin sevilmə istiqamətinə maraq duymaqdadırlar.

    alıntı
#11.05.2014 17:47 0 0 0