Ətli dovğa

Son güncelleme:
  • Lazım olan ərzaq: (4 nəfər üçün)

    800 qr qatıq
    150 qr xama
    1 ədəd yumurta
    30 qr un
    80 qr düyü
    göy soğan
    ispanaq
    şüyüd
    keşniş
    kəvər
    nanə
    kərəviz (hərəsindən 1-2 dəstə olmaqla)
    400 qr qoyun əti
    60 qr noxud
    zövqə görə: duz, istiot, su

    Bütün göyərtiləri doğrayın. Qatığı, xama və unu çalın. Üzərinə yumurta, düyü və qatığın həcmi qədər su əlavə edin, yaxşıca çalın. Odun üzərinə qoyduqdan sonra qatıq çürüməsin deyə arası kəsilmədən bulayın. Qaynadıqdan sonra üzərinə doğranmış göyərti və duz əlavə edib hazır olana qədər bişirin.
    Əvvəlcədən isladılmış noxudu bir qazanda qaynadın. Ət qiyməsindən hər paya 4-6 ədəd olmaqla kiçik küftələr hazırlayın və noxudla birlikdə hazır olana qədər bişirin. Sonra dovganın içinə əlavə edin və qarışdırın. Dovğanı süfrəyə isti halda verin

    alıntı
0 0 0