500 q ağ balığın filesi
1 yumurta
göy soğan
4 x.q. doğranmış cəfəri
4 x.q. doğranmış keşniş
2/3 st. çörək ovuntuğu
1/8 ç.q. zəfəran
tomat sousu:
4 pomidor
1 soğan
1/4 st. zeytun yağı
2 diş sarımsaq
1 ç.q. paprika (qırmızı istiot pastası)
1 ç.q. şəkər tozu
Zəfəranın üzərinə 4 ç.q. isti su tökün. Balığı xırda doğrayın, yumurta, göyərti, çörək ovuntuğu, zəfəranın suyunu əlavə edib blenderdən keçirin. 3/4 ç.q. duz və qara istiot əlavə edin, qarışdırın.
Tomat sousu üçün: pomidorların üzərinə qaynar su töküb qabığını təmizləyin, toxumlarını çıxarın, iri doğrayın. Zeytun yağında soğanı 5 dəqiqə qızardın, sonra sarımsaq və ədviyyat əlavə edin, bir neçə saniyə qovurandan sonra pomidoru, duz, istiot, şəkər tozu və 1 st. su əlavə edin. Qaynara düşəndə tavanın qapağını qoyun, vam odda 15 dəqiqə bişirin.
Balıq küftələrini ehtiyatla sousun içinə salın. Sous küftələrin üzərini tamamilə örtməlidir. Orta odda qaynara düşənədək bişirin, sonra ocağı azaldıb daha 20 dəqiqə bişirin.