Bu gün möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, əziz Peyğəmbərimizin (s.a.) qardaşı, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə öndər olan Həzrət Əli (a.s.) mövlud günüdür. O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun Xəndək müharibəsində vurduğu bir zərbəni bəşəriyyətin ibadətindən üstün bilmişdir.
Hz. Əli (a.s.) möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə şiddətli idi. İlahi xüsusiyyətlər onda cəm olmuşdur. Bütün ömrü boyunca əməllərində İlahi rizayəti öndə tutmuş.
Allahın əmrlərindən çıxmamış və İslam üçün malından, canından keçmişdir. Kəlamlarının hər biri bəşəriyyətə dərs verəcək qədər təsirli, sürdüyü həyat yolu möminlərə nicat, haqq yolu olaraq qalmışdır. Bu gün bayram günüdür.
Bu müqəddəs mövlud münasibətilə cəmi müsəlmanları, haqq aşiqlərini və ən əsası zamanımızın imamı olan İmam Zamanı (ə.f.) təbrik edirik. Allah hamınıza o insanın dünyada ziyarətin, axirətdə isə şəfaətin nəsib eləsin. Amin. Ya Rabbəl Aləmin.