Səni unutmağa hardan başlıyım

Son güncelleme:
  • Səni unutmağa başlayim hardan?
    Əvvəl gözlərini unudum bəlkə?
    Ömrümü bəzəyən o baxişlardan,
    Qaçmaqçun beynimi qurudum bəlkə?

    Səni unutmağa başlayim necə?
    İsti nəfəsini duyuram axi??!!
    Sənin xəyalinla danişib gecə,
    O həzin səsini duyuram axi?

    Mən səni unudum indi nə üzlə.
    Axi sən olmuşdun mənim həyatim?
    Unutmaq istəsəm gərək bir sözlə,
    Bütün həyatimi mən silim atim!

    Səni unutmağa başlasam indi,
    Sənli xatirələr düşər yadima,
    Onlari unutmaq elə çətindi,
    Mələklər ağlayar bu fəryadima.

    Səni unudacam söyləsədə dil,
    Çətin xatirələr məndən əl çekər,
    Yox yox, bu elə də asan iş deyil,
    Səni unutmağim neçə il çekər..

    Səni unutmağa illərdə yetməz,
    Bəlkədə adini söyləməz dilim,
    Amma ki xəyalin gözümdən getməz,
    Çətinki mən səni unuda bilim.

    alıntı
0 0 0