İblisin təlqini

Son güncelleme: 31.05.2014 11:45
  • Təsadüfə inansam,
    gərək danım həyatı.
    Göyləri,həm də yeri,
    bu külli kainatı.

    Gərək danım hər şeyi,
    hətta belə özümü.
    Bu düşüncə ağartmaz,
    heç bir yerdə üzümü.

    İblisin təlqinidir,
    təsadüf adlı kəlmə!
    İnsan oğlu ayıq ol!
    İblisə tərəf gəlmə!

    Ey bu kəlməyə qanıb,
    Təsadüfə inanan!
    Dünya və axirətdə,
    Sən olacan qınanan!

    Təsadüfün özü də,
    təsadüfdənmi gəlir?
    Nəyi əxz etdiyimi,
    Arif insanlar bilir.

    Bu ibarə əzəldən,
    Mənə yaddır qardaşım!
    Yaradanın quluyam,
    Səcdədədir bu başım.

    Bu elə bir nağıl ki,
    Heç söyləyən də qanmaz.
    Uşaqlara danışsan,
    Vallah gülər,inanmaz.

    alıntı
#31.05.2014 11:45 0 0 0