Bütün bunları yaxşı qarışdırın. Ləkə olan bölgəyə çəkib, dəriyə yeridin. 10-15 dəqiqə gözlədib ilıq su ilə yuyun.
Çil ləkəsinə qarşı maska:
1 x/q alma sirkəsi
2 x/q ilıq yaşıl çay
4 x/q şəkər tozu
1 x/q bal
Hər birini yaxşı qarışdırın. Şəkər tozu ərimiş halda olsun. Bir saat gözlədikdən sonra dərinizə çəkə bilərsiniz. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun.
Dəri ləkələri üçün üzüm sirkəsindən maska:
1 ç/q üzüm sirkəsi,
1 ç/q su,
1 ç/q limon suyu.
Hazırlanmış maskanı gündə 2 dəfə (axşam və səhər) dərinizə çəkin.
Yayda əmələ gələn ləkələrə qarşı maska:
1 st süd,
1 x/q düyü.
Südlə düyünü birlikdə bişirin. Daha sonra incə bir bezlə süzün və hər axşam bu qarışığı dərinizə çəkin.