Qəfəsdəyəm dost

Son güncelleme: 10.06.2014 11:10
  • Ömrün içimdə tükənməz ağrıları
    Varlığıma zülm eyləyir,
    Bu həyatın doğruları
    Mən özümdə qocalmadan tükənmişəm
    Almadığım son nəfəsdəyəm
    Qəfəsdəyəm dost!

    Öz xəyalım, öz yurdumdayam.
    Hərdən görsənir gözümə
    Yalan dünya
    Mənim üçün hələdə maraqsız, mənasız
    Qalan dünya
    Hər addımda can yeriyir,
    Mən susuram
    Hər gecə dinləyir məni
    Yazıram, pozuram
    Arzularım qisas alır hədəfdəyəm
    Qəfəsdəyəm dost!

    Taleyimi atdım yolun yarısında
    Uşaqlıq, gənclik
    Əlimdə bütün şəkillərə
    Hirsli, incik
    Yarımçıq qaldı nə varsa
    Əgər mümkün olsa
    Dünyaya bir daha gəlmək istərəm
    Mən! sevdiyim ömürdə ölmək istərəm
    Bir imkansız həvəsdəyəm
    Qəfəsdəyəm dost!

    Bezdim arzularımı görməkdən
    Yaşamadan bilməkdən
    Yumruqlanan divarları dinləməkdən
    Yox olduğum yerlərdə bilinməkdən
    Bezdim
    Sakit təbəssümüm səni aldatmasın
    İstəmirəm anlatmasın.
    Dərin baxsan, əks tərəfdəyəm
    Qəfəsdəyəm dost!
    Qəfəsdəyəm

    alıntı
#10.06.2014 11:10 0 0 0