Unutdum səni

Son güncelleme: 29.06.2014 22:56
  • Mən artıq unutdum səni,
    Daha doğrusu unutdum eşqi,
    Mən daha istəmirəm bilim sevgi nədi,
    Neynirəm axı yalançı sözlərinlə,səni?

    Mən unutdum artıq sənə yığılmış kinimi,
    Yox etdin qəlbimdəki bəzi hisləri.
    Düzü,sən yox etdin məndə ki,məni
    Əzab verdin,dərdlərimlə tək qoydun məni.

    Mən unutdum sənsiz keçən illəri,
    Hətta unutdum yuxusuz gecələri,
    Atdım qurumuş,dəyəri itmiş çiçəkləri,
    Onlar təkcə xatirladır mənə dərdimi.

    Mən unutdum içdən gülməyi,
    Sildim daha ürəyimdəki ləkəni,
    Sən heç sevə bilmədin məni
    Bax bircə unuda bilmədim bu həqiqəti.

    Mən unutdum inam hissini,
    Bəzən hislərim tabe etdi beynimi.
    Sildim,yox etdim,səndən qalan hər şeyi
    Həyatımda olmadı bir daha eşqin yeri.

    Mən unutdum,kim unutmaq istəməzdi ki?
    Adını məhəbbət qoyduğumuz kinlə,nifrəti.
    Sənsə ey yar,qazandın ən böyük günahı
    Tez unutdun,ürəyimdən sənə verdiyim payı.

    Mən unutdum,bəzən xatırlasam belə,
    Xatırlayıram səni hərdən,sevgililər görəndə.
    Əlbət o da keçəcək bir gün
    Səni unutduğum an olacaq məhz o gün.

    alıntı
#29.06.2014 22:56 0 0 0