Qurani- Kərimin əl-Qariə surəsi

Son güncelleme:
  • əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

    (Məkkədə nazil olmuşdur, 11 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Ürəkləri dəhşətə salan qiyamət!
    2 - Nədir qiyamət?!
    3 - Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
    4 - O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
    5 - Dağlar isə didilmiş yun kimi olacaqdır!
    6 - (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,
    7 - (Cənnətdə) xoş güzəran içində olacaq!
    8 - Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
    9 - Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
    10 - Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
    11 - O çox qızmar bir atəşdir!
0 0 0