Bildiyimiz kimi, yay aylarında dəri təmizliyi çox vacibdir. Ona görə ki, günəş şüaları dəriyə zərər edər və dəridə müalicəsi çətin olan problemlər yarada bilər.
Dəri təmizliyi üçün daha çox dəri tipinə uyğun təmizləmə gelləri, losyonlar və masajlar tətbiq olunur. Lakin, masaj edərkən dərini sərt şəkildə ovalamaq lazım deyil.
Dəriyə qulluq prosedurlarında suyun temperaturu həmişə nəzrə alınmalıdır. Cildinizi, dəri tipinizə görə seçdiyiniz məhsullarla təmizlədikdən sonra üzünüzü qurulamaq üçün dəsmal yerinə kağız dəsmal seçməlisiniz. Çünki, dəsmal üzərində olan bakteriyalar dərinizə zərər edir və sızanaqların yaranmasına səbəb olar.
Dərini təmizlədikdən sonra tonik istifadəsi məsləhətdir. Bu prosedur məsamələrin daha təmiz olmasını təmin edir. Tonik istifadəsinin ardından nəmləndiricilər və antiseptik məhsullara da təsirlidir. Əhəmiyyətli cəhətlərdən biri də hər gün "peeling"dən istifadə etməkdir.
Bu dərini incəldərək kapilyar damarların artmasına səbəb olur. T bölgəsindəki yağ sekresiyasını nizamlayan emisyonlu nəmləndiricilər də dəri təmizliyində təsirlidir.