Saç dərisində olan quruluq, daha çox quru dərilərdə olur. Dərisi yağlı olanlarda isə bu problem yaşanmır.
Bildiyimiz kimi, dəridə yağ nisbəti çox olduqda dəri yağlanır, az olduqda isə dəri qurumağa başlayır. Bunun üçün dəridə yağ və quruluq nisbəti düzgün olmalıdır.
Çünki, həddindən artıq quruluq zamanı kəpək və qaşıntılar əmələ gəlir. Bu problemlər isə saç dərisində iltihablanma və yaralara səbəb olur.
Saç dərisində yaranan quruluq bədəndə olan təbii yağların yox olmasından qaynaqlanır.
Saç dərisində quruluğa səbəb olan müxtəlif faktorlar aşağıdakılardır:
- ətraf mühit
- avtomobillərdən havaya buraxılan tüstü
- şampun və kosmetikalarda olan toksinlər
- pis qidalanma vərdişləri
Saç dərisində quruluğu azaltmaq üçün saçınızı və saç dərisini nəmləndirmək lazımdır.
Jojoba yağı və s. təbii komponentlər saç dərisində olan quruluğu aradan qaldırmağa kömək edir. Təbii yağlara nanə və gül yağını da əlavə etmək olar.