İşıltılı dəri üçün kök suyu

Son güncelleme:
  • Məlumata görə daha çox yağlı qidalar dərinin parlaqlığına təsir göstərir. Həmin qidaların tərkibində kalori, yağ və karbohidrat olduğundan hüceyrə və məsamələrə toksinlər yığır. Bu baxımdan işıltılı və cazibədar dəri üçün yağlı qidalar məsləhət deyil.

    Daha çox qidalanmada alma və kök şirəsindən, pomidor suyundan istifadə etmək olar. Rasionda istəyə uyğun təzə meyvə-tərəvəzlər də olmalıdır.


    Mövsümə uyğun təzə meyvə və tərəvəzlərdən istifadə dərinin parlaq görünməsinə təsir göstərir.
    Dəriyə gözəl görünüş qazandırır. Bu tərz qidalarda orqanizm üçün lazımlı vitamin kompleksi olur.
    İşıltılı bir dəri üçün çoxlu alma yemək də məsləhətdir.

    Bu meyvədə eyni zamanda A vitamini olduğundan dəridəki qoruyucu toxumaları gücləndirir və sızanaqların meydana gəlməməsinə təsir göstərir. İnsan sağlamlığna və dəriyə faydalı olan bütün meyvələrdən lazımi miqdarda istifadə etmək olar.

    Kök (E, A vitamini) maddələr mübadiləsi zamanı ortaya çıxan sərbəst radikalları yox edərək dəri sağlamlığını qoruyur və cavanlaşdırır.

    Dərinin parlaqlıq qazanmasına kömək edir. Xiyarın tərkibində olan maddələr isə dərinin daha yumşaq olmasına təsir edir.

    Düzgün qidalanma həm sağlamlıq, həm də gözəllik üçün faydalıdır. Qidalanma vərdişlərində vacib prosedurlardan əlavə spirt və kofein istifadəsini azaltmaq lazımdır. Çünki, spirt istifadəsi dəri hüceyrələrini öldürür. Dərinin işıltılı və cazibədar görünüşünə mənfi təsir göstərir.

    Qırışların asan bir şəkildə formalaşmasına səbəb olur və insanın yaşından çox görünməsinə imkan yaradır. Bu baxımdan kofein və ya spirtdən istifadə düzgün deyil.

    alıntı
0 0 0