Bahar fəslində formada qalmağın yolları

Son güncelleme:
  • Bildiyimiz kimi, sağlamlığa düzgün həyat tərzi daha çox təsir edir. Bir sıra mütəxəssislər insanların sağlam inkişafı və formada qalması üçün çəki azaltmağı məsləhət görür. Xüsusi ilə düzgün qidalanmaq, piylənmə xəstəliyinə səbəb olan faktorları nəzərə almaq sağlamlığa kömək edir.

    Bu həmçinin maddələr mübadiləsinə də təsirlidir. Günümüzdə bəzi insanlar buna riayət etmədiyindən formada qala bilmirlər. Xüsusi ilə bahar aylarında buna fikir vermək lazımdır.

    Bəzi tədqiqatçıların fikrincə sabah vaxtı qidalanma daha çox əhəmiyyət kəsb edir. Çünki, maddələr mübadiləsi, oyandıqdan sonra bu prosesə təsir göstərir.

    Sağlamlıq üçün gərəkli qidalardan istifadə günorta yeməyinə kimi insanın enerjili olmasına kömək edir. Gözəllik və sağlamlıq üçün pəhriz saxlayanlar belə, maddələr mübadiləsinə qarşı yaranan aclığa və iştaha fikir verməlidir. Bu baxımdan istəyə uyğun 2-2.5 saatdan bir və ya 4 saatdan bir qidalanmaq olar.

    Belə olduqda bəzi insanlar az yediyini hiss edir və piylənmə halları olmur. Buda formada qalmağa kömək edir.

    Xüsusi ilə bahar fəslində formada qalmaq istəyənlər boş vaxtlarında idmanla məşğul olmalı, təmiz hava qəbul etməli, düzgün qidalanmalı və faydalı işlərlə məşğul olmalıdır. Az su içmək bədənin sağlam inkişafına təsir göstərir. Bu baxımdan yağları əritmək üçün istəyə uyğun gün ərzində 2 litrdən çox maye qəbul edilməlidir.

    Quru giləmeyvələrdən, fındıqdan və ya fıstıqdan istifadə toxluq hissi yaradaraq, insanın formada olmasına kömək edir.

    alıntı
0 0 0