Apardın Tanrıya şəhid adını

Son güncelleme:
  • Yaman tələsirdin,ölümə yaman,
    Dodaqlar hissini pıçıldayırdı.
    Şəhid ürəyinin kökündə zaman,
    Vicdanın səsiylə puçurlayırdı.

    Qoşulub xəyalın qanadlarına,
    Sevginin ruhuna doğru uçurdun,
    Ay oğul,ananın dualarına,
    Beləmi,fəryadla qanad açırdın-?

    Sonsuz ümidinin əlləri yalın,
    Tufanlar üstünə yüyürüb getdin.
    Bürünüb eşqinin ümmanlarına,
    Ananın qəlbini tarimar etdin.

    Apardın Tanrıya şəhid adını,
    Möhürlü alnınla,saf vicdanınla.
    Çılğın könlündəki,arzularını,
    Qovuşdurdun,ziirvəli kainatınla.
0 0 0