Şəhid Anasinin Fəryadi

Son güncelleme:
  • Üzündə təbəssümü,
    Sevincini gətir gəl.
    Gözümün nur, incisi,
    Ayrılığı bitir, gəl.

    Gəl duyum nəfəsini,
    Eşit, ana səsini,
    Dağıt lal qəfəsini,
    Həsrətimi itir, gəl.

    Dərdimi selə danış,
    Tufanlı yelə danış,
    Hicranı ilə danış,
    Ümüdimi götür,gəl.

    Qoyma məni,tək qalım,
    Təkliyə yolum salım,
    Can evimdə saralım,
    Saçlarında ətir,gəl.

    Şəhid ruhun ayılsın,
    Sağ xəbərin yayılsın,
    Ölüm yalan sayılsın,
    Vüsalına yetir,gəl.

    alıntı
0 0 0