"İndi Günay gənclər arasında birincidir. Düzdür, ifaçıları təbəqələrə bölməyi sevmirəm. Hər oxuyanın bir dinləyicisi, sevəni olur. Hərənin öz dövrü var. İndi bəlkə Günayın dövranıdır".
Dəyişikliyi, fərqli olmağı sevdiyini deyən Günay yeniliklər hazırlığındadır. Sənətçi bu dəfə ukraynalı rejissorlarla işbirliyinə başlayacağını deyib:
"Dəlisiyəm gecənin" mahnısına klipi xaricdə çəkdirəcəkdim. Əvvəlcədən Rza Əsgərovla danışmışdım deyə, işi yarımçıq qoymaq istəmədim. Bu ekran işindən sonra iki klipim olacaq. Onları ölkədən kənarda lentə aldıracam.
Ukraynalı rejissor var, işlərini çox bəyənmişəm, onunla çalışacam. Bu klipdən sonra imicimi dəyişəcəm. Bir saç düzümündə çox qalanda ürəyim sıxılır. Lazım gələrsə, saçlarımı keçəl də etdirəcəm".