Mükəmməl Makiyaj Üçün Üz Dərisini Necə Hazırlamalı

Son güncelleme: 13.08.2014 12:56
  • Mükəmməl makiyaj əldə etmək üçün hər şeydən öncə dəriniz buna tam hazır olmalıdır. Ona görə də hər gün vizaj etməzdən öncə 1 aşağıdakı 3 pilləli prosesi təkrarlamağınız olduqca vacibdir.

    Makiyajdan Öncə Yerinə Yetirməli Olduğunuz 3 Mühüm Kosmetik Prosedura:

    1. Üzünüzü yuyun.

    Bu zaman qətiyyən sabundan istifadə etməyin. Üzünüzü ilıq su ilə yumaqla, dərinizin səthində toplanmış bütün çirk və yağdan qurtulmuş olacaqsınız.

    2. Dərinizi Losyonla Təmizləyin.

    Daha sonra üzünüzü dərinizin tipinə uyğun olan təmizləyici losyonla silmək tövsiyə olunur. Bu yolla, siz suyun dərinizdən tam təmizləyə bilmədiyi yağ, toz və çirk qalıqlarını məsamələrdən maksimal şəkildə aradan qaldıra bilərsiniz.

    3. Dərinizi Nəmləndirməyi Unutmayın

    Növbəti addım dərini nəmləndirməkdən ibarətdir. Unutmayın ki, dəri bir sıra kosmetik vasitələrin təsirinə məruz qaldıqca quruya və ya digər problemlərlə üzləşə bilər. Ona görə də istənilən dəri tipinin makiyajdan öncə nəmləndirilməyə ehtiyacı var. Nəmləndirici vasitə seçərkən diqqət edin ki, onun tərkibində dərini günəş şüalarına qarşı qorumaq üçün minimum SPF 15 olsun.

    Bu 3 addım gözəl və sağlam dəri arzusunda olan hər bir kəsin gündəlik dəri baxımı proqramının vacib tərkib hissəsi olmalıdır.

    Pilinq

    Bütün bu proseduralarla yanaşı, həftədə bir dəfə dərinizi skrabla təmizləməyi də unutmayın. Yadda saxlayın ki, dəri ölü hüceyrələrdən azad olmasa, o, nə rahat nəfəs ala, nə də normal fəaliyyət göstərə bilər. Elə ilk pilinq prosedurasından sonra siz dərinizin necə təravətləndiyini dərhal hiss edəcəksiniz.

    Dəriniz tam təmizləndikdən sonra artıq makiyaja başlaya bilərsiniz. Yuxarıda qeyd edilmiş addımları düzgün yerinə yetirmisinizsə, əmin olun ki, etdiyiniz makiyaj vizaj ustalarının işindən heç də geri qalmayacaq.

    alıntı
#13.08.2014 12:56 0 0 0